İŞİD 200 nəfəri elektrik dirəyinə bağladı - Edam

30-08-2015, 20:42           
İŞİD 200 nəfəri elektrik dirəyinə bağladı - Edam
İraqın Ənbar vilayətində İŞİD 200 nəfəri edam etmək üçün elektrik dirəklərinə bağlayıb. Axar.az türk mediasına istinadən xəbər verir ki, Ənbarın Rabtə kəndinin rəsmi nümayəndəsi İmad əd Duleymi verdiyi açıqlamada İŞİD-in Ratbe sakini olan 200 nəfəri elektrik dirəklərinə bağladığını və həmin adamların qırmanclandığını deyib. Duleymi bildirib ki, İŞİD-in edam etmək istədiyi şəxslər terror təşkilatının cinayətlərinə etiraz edənlərdir. O, 200 nəfərin xilas edilməsi üçün koalisiya güclərindən İŞİD-in Ratbədəki mövqelərini bombalamağı xahiş edib. Qeyd edək ki, Nəzir əl-Kubeysi adlı bir şəxs İŞİD terrorçusu ilə mübahisə edib, sonda onu öldürüb. Bundan sonra isə İŞİD onu kəndin ortasında, yaxınlarının gözü qarşısında güllələyib. Cənazə namazına qatılan yüzlərlə insan dəfndən sonra İŞİD-ə qarşı etiraz aksiyası keçirib. Aksiyanın qarşısını alan İŞİD 200 nəfəri həbs edərək öz həbsxanalarına aparıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.