Rusiyada Azərbaycan mallarını məhv etməyə başladılar

30-08-2015, 20:54           

Təkcə son həftə ərzində Perm hava limanında Rusiyanın Baytarlıq və Fitosanitar Federal Xidmətinin əməkdaşları və gömrük işçiləri Bakıdan gələn sərnişinlərin əl yükü və baqajından 53 kq. paxla, qoz-fındıq, meyvə-tərəvəz, quru meyvə və düyü müsadirə ediblər.

"Komsomolskaya Pravda"nın yazdığına görə, bütün məhsullar məhv edilib.

Federal Xidmət xatırladır ki, Rusiya ərazisində Azərbaycan, Özbəkistan və Tacikistandan karantin altında olan məhsulların gətirilməsinə qadağa mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.