Ağ Ev Cinin fiziki və hüquqi şəxslərə sanksiyalar tətbiq edəcək - Kibercinayətə qarşı savaş
31-08-2015, 11:37
Ağ Ev naməlum çinli hakerlərin hücumlarından mənfəət əldə edə bilən Çinin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Trend-in “Washington Post” qəzetinə istinadən verdiyi məlumata əsasən, rəsmi qərar 2 həftə ərzində qəbul ediləcək.
Hökumət və dövlət departamenti məlumatla bağlı açıqlama verməyib.
Qeyd edilir ki, sanksiyalar ABŞ-ın kadr agentliyinə hücumda təqsirli bilinənlərə qarşı tətbiq edilməyəcək, belə ki, bu, sənaye casusluğundan daha çox kəşfiyyat əməliyyatıdır