Baş nazir ukraynalıları sevindirdi

31-08-2015, 12:06           
Baş nazir ukraynalıları sevindirdi
Ukrayna Baş naziri Arseni Yaçenyuk son açıqlaması ilə Ukrayna xalqını sevindirib.

Axar.az “İnterfaks”a istinadən xəbər verir ki, baş nazir sentyabrın 1-dən minimal əmək haqqının və pensiyaların yüksələcəyini vəd edib.

“Baş nazirlə 10 dəqiqə” telelayihəsindəki çıxışı zamanı xalqa şad xəbəri çatdıran Yaçenyuk deyib:

“Prezidentlə birgə sosial standartların artırılması zəruriliyi haqqında müzakirələr etdik. Müzakirələrdən sonra qərara aldıq ki, əhalinin minimal əməl haqqı və pensiyasının yüksəldilməsi haqda sentyabrın 1-də qərar qəbul edək. Qərarın icrası isə, çox güman ki, dekabrın 1-dən start götürəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.