“İndi Sarkisyanın bıçağı xalqın sümüyünün içindəki iliyi doğramaqdadır”. Karapet Rubiniyan
31-08-2015, 12:18
“İndi Sarkisyanın bıçağı xalqın sümüyünün içindəki iliyi doğramaqdadır”.
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Hərəkatının İdarə Heyətinin üzvü Karapet Rubiniyan hərəkatda çıxışı zamanı deyib.
Rubiniyan bildirib ki, konstitusiya ilə bağlı prezidentin onlarla görüşmək təklifini rədd etmələrinin əsas səbəbi onun amansız diktatorluğudur:
“Artıq bıçağın sümüyə dirənmə mərhələsi arxada qalıb. İndi Sarkisyanın bıçağı xalqın sümüyünün içindəki iliyi doğramaqdadır. Ermənistanda kütləvi qətllər davam edir. Zorakılıq baş alıb gedir. O, özgələrin əli ilə bizim milli fikir və düşüncəmizə elə balta çalıb ki, heç zaman sağalası deyil. Ona görə də biz erməni xalqının cəlladına çevrilmiş birisi ilə görüşə gedə bilmərik. Konstitusiya islahatı ilə bağlı müzakirəni rədd etməyimizin birinci səbəbi budur. İkinci tərəfdən də Serj indiyə qədər görüşdüyü müxalifət liderlərinin heç birinin fikrinə hörmətlə yanaşmayıb”.