İngiltərənin keçmiş Baş naziri Toni Bleyir 2011-ci ildə Liviya lideri Müəmmar Qəzzafini müttəfiqlərin hücumundan xilas etməyə çalışıb.
Axar.az xəbər verir ki, bu iddia İngiltərə Baş naziri Devid Kemeronun fəaliyyətindən bəhs edən “Cameron at 10” adlı kitabda yer alıb.
Sentyabrın 10-da satışa çıxacaq olan kitabda Toni Bleyirin 2011-ci ildə Liviyada hərbi əməliyyatlar davam edən zaman Devid Kemerona zəng etdiyi qeyd edilib:
“2011-ci ildə Qəzzafinin yaxın adamı Bleyirlə əlaqə yaratdı və Liviya liderinin sülh istədiyini bildirdi. Lakin Kemeron Toni Bleyirin sözlərinə qulaq asmadı”.
“Tayms” qəzeti isə sabiq nazirin Qəzzafini xilas etməyə çalışdığı üçün İngiltərə parlamentində ifadə verməyə çağırıldığını qeyd edib.