İsrailin paytaxtı Təll-Əvivin məşhur meydanlarından olan Rabidə yerləşən binanın üzərindən asılmış afişa şəhərdə çaxnaşmaya səbəb olub.
SalamNews-un “Yenişafak”a istinadla verdiyi xəbərə görə, afişada İran və İsrail bayraqlarının şəkilləri, ivrit dilində "İran səfirliyi yaxın vaxtda xidmətinizdə olacaq" sözləri yer alır.
Afişanı kimin asdığı məlum deyil.
Yerli “The Times of Israel” qəzeti bu barədə yazır ki, afişanın üzərində qeyd olunan telefon nömrəsinə zəng edərkən "Salam, İran səfirliyi artıq İsraildədir. Təəssüf ki, hazırda xidmət göstərə bilmirik, lakin çox yaxın vaxtda sizə cavab veriləcək. Bu yaxınlarda xidmətə başlayacağıq" deyə cavab verilir.
Bir çox israilli bu afişanın zarafat və ya reklam olduğunu düşünür.