Yəhudi nazir: “O uşaq öldürülməli idi” – Foto

31-08-2015, 22:13           
Yəhudi nazir: “O uşaq öldürülməli idi” – Foto
Bir neçə gün öncə İsrail hərbçisinin fələstinli körpəni silahla saxlaması dünya gündəmini zəbt edib. Axar.az xəbər verir ki, İsrailin Mədəniyyət naziri Miri Regev hadisəyə fərqli münasibət bildirib. Onun fikrincə, əsgər körpəni öldürməli imiş: “Bu gün səhər bir İsrail əsgərinə edilən hücumun fotolarını izləyincə, çox təəccübləndim. Əsgərlərimizin vəzifəyə əli-qolu bağlı şəkildə göndərilməsi ağılasığmaz bir işdir. Bu, biabırçılıqdır. İsrail vətəndaşlarına və əsgərlərinə zərər verməyə çalışan kim varsa, bilməlidir ki, vətəndaşlarımızın qanı yerdə qalmayacaq. Hücuma uğrayan bir əsgərin anında cavab verə biləcəyi bir qanun çıxarılmalıdır. Müdafiə nazirinə bu alçaldılmağa bir son verməsi və atəş açma mövzusundakı üsulları dərhal dəyişdirməsi üçün çağırış edirəm. O uşaq öldürülməli idi”. Xatırladaq ki, bir neçə gün öncə yayılan videoda fələstinli bir ananın İsrail əsgərindən övladını qurtardığı əks olunub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.