İsrailə qarşı İslam Zirvəsində "Coca Cola" qalmaqalı

19-05-2018, 09:53           

İstanbulda İsrail əleyhinə təşkil edilmiş zirvə toplantısı maraqlı nüansla yadda qalıb.

Xəbər verdiyimiz kimi, dünən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin liderləri İstanbulda toplaşıblar. Növbədənkənar zirvə görüşündə İsrailin dinc fələstinlilərə qarşı qətliam törətməsi və bundan sonra görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Yenicag.az xəbər verir ki, zirvə görüşündən sonra iştirakçılara paylanılan iftar paketində “Coco-Cola” olub. Bu barədə məlumatı toplantıya qatılmış jurnalistlər veriblər.

Qeyd edək ki, tez-tez “Coco-Cola” şirkətinin İsrailə xidmət etdiyi və əldə olunan gəlirin müsəlmanlara qarşı istifadə edildiyi barədə iddialar səsləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru