Azərbaycan hakimiyyəti Fransanın dövlət telekanalını məhkəməyə verir

10-09-2015, 13:09           
Azərbaycan hakimiyyəti Fransanın dövlət telekanalını məhkəməyə verir
Azərbaycan hakimiyyəti Fransanın dövlət telekanalı “France 2”yə qarşı məhkəmə iddiası qaldırır.

Bu barədə Azərbaycan hakimiyyətinin maraqlarını müdafiə edən vəkil Olivye Pradoya istinadən Fransa Beynəlxalq Radiostansiyası (RFİ), habelə “France Press” agentliyi bildirir.

Məhkəmə iddiasının qaldırılmasına səbəb telekanalın bu günlərdə efirə gedən “Cash İnvestigation” proqramında Azərbaycan prezidentinin ünvanına səslənmiş ifadələrdir.

Proqramda Azərbaycan “diktatura”, prezident Əliyev isə “despot” adlandırılır.

“Jurnalistlər Eliz Lyuse və Loran Rişar proqramın lap əvvəlindən Azərbaycanı dünyanın ən qəddar diktaturalarından biri kimi təqdim edir”- deyə fransalı vəkil Olivye Prado bildirib.

Fransa prezidenti Fransua Ollandın Azərbaycana 2014-cü ildə etdiyi səfərə həsr edilmiş proqram sentyabrın 8-də efirə gedib.

“Bütün proqram boyu heç bir sübut göstərilmədən Azərbaycan liderinin ünvanına “Qafqaz despotu” və “diktator” ifadələri işlədilir”- deyə vəkil izah edib.

Olivye Prado bildirib ki, Azərbaycan bundan sonra bu cür ittihamlara dözmək niyyətində deyil və ona böhtan atanlar barəsində məhkəməyə müraciət edəcək/virtualaz.org/.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.