Beş ölkə Rusiya ilə sərhədlərdə milyonlarla mina döşəməyə hazırlaşır
Bu gün, 12:18
NATO-nun beş ölkəsi - Litva, Latviya, Estoniya, Polşa və Finlandiya "yeni dəmir pərdə" yaratmaq üçün Rusiya ilə sərhədlər boyunca əraziləri minalamağa hazırdır.
Bu barədə "The Telegraph" nəşri xəbər verir.
Bildirilir ki, sözügedən ölkələrin piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq qərarı bu cür planlara dəlalət edir.
Ehtiyac yaranarsa, Rusiya ilə həmsərhəd olan NATO ölkələri sərhədləri boyu milyonlarla mina döşəyə bilərlər.
"Yeni dəmir pərdə" Finlandiyanın ucqar şimalındakı Laplandiyadan Polşanın şərqinə qədər uzanacaq.