Gün ərzində nə qədər pomidor yemək olar?

25-06-2025, 12:08           
Gün ərzində nə qədər pomidor yemək olar?
Gün ərzində 1–2 ədəd orta ölçülü pomidor yemək sağlam insanlar üçün faydalıdır və təhlükəsiz sayılır. Foodinfo.az xəbər verir ki, pomidor tərkibində C vitamini, likopen, kalium və lif kimi vacib maddələr ehtiva edir. Lakin çox miqdarda qəbul edildikdə bəzi insanlarda turşuluğa bağlı olaraq mədə yanması, qastrit və ya reflü kimi narahatlıqlar yarada bilər. Eyni zamanda, pomidor oksalatla zəngin olduğundan böyrək daşı problemi olan şəxslərə diqqətli istifadə tövsiyə olunur. Həddindən artıq likopen qəbulunda isə nadir hallarda dəridə narıncımtıl rəng dəyişiklikləri müşahidə oluna bilər. Sağlamlıq problemi olmayanlar üçün gündəlik 1–2 pomidor yemək həm dad, həm də fayda baxımından uyğundur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru