ABŞ-da ikinci 11 sentyabrın qarşısı alınıb (FOTO)
11-09-2015, 10:14
ABŞ polisi 11 sentyabr terror aktının ildönümündə partlayış törətmək istəyən 20 yaşlı amerikalı Djoş Qoldberqi həbs edib.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Ədliyyə Naziriliyi məlumat yayıb.
Djoş Qoldberq öz əməlini terror aktının ildönümü üçün təşkil ediləcək matəm tədbirlərinin keçiriləcəyi yerin yaxınlığında həyata keçirmək fikrində olub.
ABŞ polisi hadisə yerində
Həbs edilən Qoldberq internet vasitəsi ilə digər bir şəxslə əlaqə saxlayaraq partalayışda istifadə edəcəyi bombanın işləmə funksiyası barədə məlumat alıb. Ancaq onların bu söhbəti Federal Təhqiqatlar Bürosunun (FBI) dinləmə cihazları tərəfindən qeydə alınıb. Əldə olunan məlumatlar əsasında şüphəli şəxs Missuri ştatının Arkanzas şəhərində həbs edilib.
ABŞ qanunlarına görə saxlanılan şəxsə 20 il müddətində cəza verilə bilər.
Djoş Qoldberqun istifadə etmək istədiyi partlayöcı maddə
Bu gün Birləşmiş Ştatların əl-Qaidə terrorçu qrupu tərəfindən hücuma məruz qalmasının 14-cü ildönümüdür. 2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdilər.
ABŞ-da baş verən terror aktı (11 sentyabr 2001)
Terrorçulardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum etməklə binaların dağılmasına səbəb oldular. Terror hücumu nəticəsində 2977 insan həlak olub, 24 nəfər isə itkin düşüb.