BBC-dən qorxunc iddia: “İŞİD kimyəvi silah istehsal edir”
11-09-2015, 11:52
Böyük Britaniyanın BBC telekanalı sensasiyalı iddia ilə çıxış edib. Modern.az telekanala istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının adının çəkilməasini istəməyən zabiti İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının kimyəvi silah, o cümlədən zəhərli iprit qazı istehsal etdiyini aydınlaşdırıb.
“ABŞ hakimiyyəti İŞİD döyüşçülərinin İraq və Suriya ərazisində kimyəvi silıah yaradaraq tətbiq etdiklərini müəyyən edib. Kəşfiyyat azı 4 dəfə İraq və Suriya ərazisində bu silahdan istifadə olunma faktını qeydə alıb”, - kəşfiyyatçı BBC-yə açıqlamasında deyib.
Bundan başqa, İŞİD toz halına saldıqları iprit maddəsini partlayıcı qurğuların içinə qatır.
BMT bir neçə gün öncə Suriya ərzaisində kimyəvi hücum faktını araşdırmaq üçün bölgəyə beynəlxalq missiya göndərmək barədə qərar verib.