Yeni növ insanabənzər tapıldı (FOTO)

11-09-2015, 13:00           

Cənubi Afrikada mağaraların birində varlığı indiyə qədər bilinməyən yeni növ insanabənzərin qalıqları tapılıb. Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu yeni növə “Homo Naledi” adı verilib.

Naledi Afrikanın yerli sakinlərinin danışdığı bir dil olan sesothoca “ulduz” mənasını verir.

Mütəxəssislər tapılan sümüklərin yaşını hələ müəyyənləşdirə bilməsələr də, “Homo Naledi”nin öldükdən sonra mağaraya gətirildiyi qənaətindədirlər: “1,50 metr olan yeni növün beyni portağal böyüklüyündə, ağırlığı isə 45 kiloqramdır”.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.