3-cü Dünya Müharibəsinin ayaq səsləri? Obama Putinlə görüşü rədd etdi - Rusiyanın Suriyaya qoşun yeritməsi...
11-09-2015, 17:09
Rusiyanın Suriya diktatoru Bəşər Əsədə silah və əsgəri kömək göndərməsi artıq təsdiqlənib.
Avropa.info xəbər verir ki, Rusiyanın Suriyaya göndərdiyi hərbi təhcizat invertarının arasında BTR 82 və Kamaz kimi mühüm zirehli vasitələr də var.
"Kommersant" qəzetinin xəbərinə görə, Rusiyanın Suriyaya göndərdiyi silahların içində qaubitsa və çox sayda kiçik çarplı silahlar yer alır. Hərbi mənbələrə əsaslandırılan xəbərə görə, Rusiya Suriyaya növbəti dəfə mühüm hava müdafiəsi sistemlərindən olan S-300 raketləri də göndərəcək.
Suriyaya hərbçilər və hərbi təhcizat göndərdiyini uzun müddət inkar edən Rusiya, rus əsgərinə aid fotoşəkillərin yayılmasından sonra iddiaları qəbul etmişdi.
Rusiya prezidenti Vladimir Putin 8 ildən sonra ilk dəfə sentyabrın 25-də keçiriləcək BMT Təhlükəsizlik Şurası Baş Asambleyasının 70-ci toplantısına qatılacaq. Toplantıda çıxışı gözlənilən Putin ABŞ prezidenti Barak Obama ilə də görüşmək istədiyini bildirib.
AĞ EV GÖRÜŞMƏK İSTƏMİR
Ağ Ev isə Putinin görüş tələbinə hələ dəqiq bir cavab verməyib. Münasibətlərin gərgin olduğu bir vaxtda Ağ Evin dəqiq görüş tarixi verməməsi diqqət çəkib. Ekspertlər Rusiyanın Ukrayna məsələsinə görə, ABŞ-la münasibətlərinin kəskin şəkildə pozulduğu bir vaxtda, rəsmi Moskvanın Suriyaya qoşun yeritməsini pik nöqtə adlandırırlar.
Almaniyanın Xarici İşlər Naziri Steinmeier isə Suriyada gərginliyin artmasına görə, Fransa, Böyük Britaniya və Rusiya xəbərdarlıq edib.
"Regionda hərbi əməliyyatların dayanmasına çalışmaq lazımdır. Lakin, hərbi kartları işə salaraq problemin həllinə mane olmaq qəbul edilməzdir" deyə Steinmeier vurğulayıb.
İngiltərə isə problemin Əsədlə birgə nizama salınmasına qarşı olduğunu vurğulayıb. Xarici işlər naziri Hammond "Əsəd, Suriyanın gələcəyində yer ala bilməz " deyib.
Bu arada Bolqarıstan və Yunanıstan Suriyaya silah daşımasına görə, hava dəhlizini Moskvanın üzünə bağladığını bəyan edib. Rusiya Türkiyənin Suriyaya getmək üçün hava dəhlizi verməsinə qarşı olacağını bildiyi üçün, rəsmi Ankaraya təklif göndərməyib. Digər variant isə İran və İraq üzərindən keçən və nisbətən daha uzun olan marşrutdur. İranın bu marşuruta qarşı olmadığı qeyd edilir.
Bəzi Qərbli siyasi analitiklər Rusiyanın Ukraynaya təcavüzündən sonra, uzaq Suriyaya da hərbçilərini göndərməsini 3-cü dünya müharibəsinə hazırlıq kimi qiymətləndirirlər.