Nazarbayev qızını baş nazirin müavini təyin etdi

11-09-2015, 17:33           
Nazarbayev qızını baş nazirin müavini təyin etdi
Dariqa Nazarbayeva Qazaxıstanın baş nazirinin müavini təyin edilib.

Virtualaz.org saytı qazax KİV-lərinə istinadən xəbər verir ki, bu barədə fərmanı Dariqanın atası, prezident Nursultan Nazarbayev bu gün imzalayıb.

Məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb.

D.Nazarbayeva 1963-cü ildə anadan olub. Moskva Dövlət Universiteteinin tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru olan xanım Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinə, iki il sonra vitse-spiker seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.