Avropa Komissiyası “Google”u 11 milyard dollar cərimələyə bilər

8-06-2018, 00:00           

Avropa Komissiyası antiinhisar qanunvericiliyini pozduğuna görə “Google” rəhbərliyini 11 milyard dollar cərimələyə bilər.

İKT.lent.az-ın məlumatına görə, bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, hələlik cərimənin dəqiq həcmi və qərarın nə zaman qəbul ediləcəyi məlum deyil. Ancaq qeyd edilir ki, bu, yaxın həftələr ərzində baş tutacaq.

Avropa Komissiyasının fikrincə, “Google” rəhbərliyi özünün “Android” əməliyyat sistemlərinə lisenziyalaşdırma şərtlərini yerləşdirməklə antiinhisar qanunvericiliyini pozub. Bununla da şirkət özünün onlayn axtarış sistemlərinə üstünlük verib və rəqiblərinin maraqlarını pozub.

Korporasiya 11 milyard dollar həcmində cərimələnə bilər. Bu isə onun illik gəlirinin 10 faizinə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru