Rusiyadan 23 milyard dollar çıxarılıb- 5 ayda

9-06-2018, 21:43           
Rusiyadan 23 milyard dollar çıxarılıb- 5 ayda
Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 23,3 mlrd. ABŞ dolları təşkil edib.

“APA-Economics” Rusiya Mərkəzi bankına istinadən xəbər verir ki, ötən il ilə müqayisədə bu ölkənin xalis kapital ixracı 24% artıb. Belə ki, ötən il Rusiyadan xalis kapital ixracı 18,8 mlrd. dollar olub.

Tənzimləyicinin məlumatına görə, xalis kapital ixracının 3/4-ü digər sektorlarda qeyri-rezidentlərlə əməliyyatların payına düşüb.

“Əgər 2017-ci ildə maliyyə cəlbi və xaricdə müxtəlif sektorlarda vəsaitlərin yerləşdirilməsi balanslaşdırılmışdısa, cari ildə xarici öhdəliklərin minimum yüksəlməsi ilə xalis maliyyə aktivlərinin cəlbində nəzərəçarpacaq artım qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru