İran İnqilab keşikçiləri Ordusu terrorçu qruplaşmanı məhv edib
10-06-2018, 10:31
İran İnqilab keşikçiləri Ordusu ölkənin şimal-qərbində terrorçu qruplaşmanı məhv edib.
Trend-in "Tasnim" agentliyinə istinadən verdii məlumata əsasən, əməliyyatlar İraqla sərhəd yaxınlığında baş tutub. Terror qruplaşmasının tərkibində 7 nəfər olub. Qeyd olunur ki, terrorçular İran ərazisinə keçməyə cəhd göstəriblər. Keşikçilər onların bir qismini öldürüb, bir qismini isə yaralayıb. Həmçinin, terrorçulardan silah, sursat və hərbi ləvazimatlar götürülüb