Kim Çen In Trampı Pxenyana dəvət edib 11-06-2018, 08:30 Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib. APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib. Məlumata əsasən, Kim Çen In iyul ayında KXDR-ABŞ sammitinin ikinci raundunu keçirməyi təklif edərək D.Trampı Pxenyana dəvət edib. Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək Facebook-da paylaş