"Tramp-Kim burger" - Tarixi görüşlə bağlı pulsuz hamburger payladılar

13-06-2018, 00:00           

Sinqapurda yerləşən otel ABŞ-Şimali Koreya zirvəsi münasibətilə pulsuz hamburger paylayıb.

teref.az xəbər verir ki, Metbuat.az "TRT Haber.com.tr"yə istinadən verdiyi məlumata görə, 250 ədəd "Tramp-Kim burger"lər 25 dəqiqə içərisində bişib. Otelin rəhbəri zirvənin "Hamburger kimi ahəngli olması ümidi ilə" paylandığını açıqlayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Sentosa adasındakı Kapella oteldə 38 dəqiqə təkbətək görüşüblər. Görüşün ardından hər iki lider sənəd imzalayıblar. Sənəd Koreya yarımadasına sülhün gətirilməsi və rifahın artırılması üçün çox sayda öhdəliklər daşıyır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru