Canlı yayımı dayandırıb, aparıcını işdən çıxartdılar: “Ramazanda da belə geyinmək olar?”- VİDEO

14-06-2018, 12:23           
Canlı yayımı dayandırıb, aparıcını işdən çıxartdılar: “Ramazanda da belə geyinmək olar?”- VİDEO
Küveytli aparıcı Amal əl-Avadi geyiminə görə canlı yayımda işdən azad edilib.

Cebhe.info xəbər verir ki, onun da aparıcısı olduğu şou canlı yayımlanıb. Ancaq tamaşaçılar onun geyimindən şikayətləndiyinə görə telekanal rəhbərliyi canlı yayımı dayandırıb və aparıcını işdən azad edib.

Tamaşaçılar hesab edib ki, aparıcının paltarı Ramazan ayı üçün çox dəbdəbəli və cəlbedicidir.

Aparıcı daha sonra verdiyi açıqlamada geyimində qeyri-adilik olmadığını bildirib və işdən azad edilməsi ilə barışmaqda çətinlik çəkdiyini deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru