Trampın koreyalı generala hərbi salamı ölkəni qarışdırdı - Video

15-06-2018, 10:11           

ABŞ Prezidenti Donald Tramp nəzakət əlaməti olaraq şimali koreyalı generala hərbi salam verib.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Sara Sanders deyib.

“Bu, sadəcə nəzakət göstəricisi idi”, - deyə Sanders bildirib.

Qeyd edək ki, Ağ Ev lideri Şimali Koreya Prezidenti Kim Çen İnlə görüşü zamanı otaqda olan koreyalı generala hərbi salam vermişdi.

Amerikalı prezidentin bu hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmamış və ciddi narazılığa səbəb olmuşdu.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru