Soros Moskvanı Roma ilə düşmən etmək istəyir - Rusiya

15-06-2018, 23:41           

Rusiya hakimiyyətinin İtaliyanın Şimal Liqası Partiyası ilə əlaqələri haqqında deyilənlər yalandır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Diqqətinizə çatdırmaq istəyirəm ki, bu məsələ Appenin yarımadasından kənarda olan qüvvələr tərəfindən, daha dəqiq desək, cənab Soros tərəfindən dövriyyəyə buraxılıb. Bu şəxsin adı çoxdan beynəlxalq skandal və provokasiyalarla yanaşı çəkilir. Bu, növbəti yalandır. Görünür, onun hədəfi yenidən Avropanı Moskvanın "uzun əlləri" mifiylə qorxutmaq, Rusiya-İtaliya dostluq münasibətlərini dağıtmaqdır”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru