ABŞ-da Trampın seçkiqabağı qərargahının sabiq rəhbəri həbs edilib

16-06-2018, 09:54           

ABŞ-da məhkəmənin qərarı ilə ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargahının sabiq rəhbəri Pol Manafort həbs edilib.



APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi üzrə işləyən prokurorlar P.Manafortu şahidlərə təzyiq göstərməkdə ittiham ediblər. Bundan sonra Pol Manaforta qarşı həbs qətimkan tədbiri seçilib.



Qeyd edək ki, P.Manafortun seçkilərə müdaxilədə iştirakına dair məhkəmə prosesi 2018-ci ilin sentyabrına təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru