Boliviyada baş vermiş qəza nəticəsində ölənlərin sayı artıb

16-06-2018, 09:59           

Boliviyada sərnişin avtobusun qayaya çırpılması nəticəsində ölənlərin sayı 17-yə çatıb.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 12 nəfərin öldüyü bildirilirdi.



İlkin məlumata əsasən, qəza zamanı nəqliyyat vasitəsində 50-dək sərnişin olub.





***



03:03



Boliviyanın Potosi şəhəri yaxınlığında ağır yol qəzası baş verib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun qayaya çırpılması nəticəsində 12 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb.



Həkimlər bəzi yaralıların ağır vəziyyətdə olduğunu nəzərə alaraq, ölənlərin sayının artacağını istisna etmir. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru