Yaponiyada güclü zəlzələ baş verib 17-06-2018, 12:14 Bu gün Yaponiyanın Honsyü adasının mərkəzində yerləşən Qumma prefekturası ərazisində 7 maqnituda gücündə zəlzələ baş verib.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin meteoroloji idarəsi məlumat yayıb.Zəlzələnin ocağı yerin 20 km dərinliyində yerləşib. Sunami təhlükəsi yoxdur.NHK telekanalının məlumatına görə, dağıntı və tələfat barədə məlumat yoxdur. Facebook-da paylaş