Trampın əməllərindən danışarkən CANLI EFİRDƏ AĞLADI

21-06-2018, 00:00           

ABŞ-da MSNBC kanalının aparıcısı Reyçel Meddov, Texasda ailələrindən zorla ayrılaraq qaçqın düşərgələrinə yerləşdirilən uşaqlarla bağlı xəbəri çatdıran zaman göz yaşlarını saxlaya bilməyib.

Məşhur aparıcı Reyçel Meddov ABŞ prezidenti Donald Trampın köçkünlər siyasəti ilə bağlı xəbəri canlı efirdə oxuyarkən köçkünlərlə necə rəftar edilməsini gördükdə ağladığı üçün “Tvitter” hesabından üzr istəyib, tamaşaçılar isə onu dəstəklədiklərini bildiriblər.

“Assoşieyted Press” informasiya agentliyinin hazırladığı xəbəri canlı efirdə səsləndirən Maddov aşağıdakı cümlələri oxuyub: “Tramp iqtidarının məmurları ana-atalarından zorla alınan uşaqları Cənubi Texasda yerləşən qaçqın düşərgələrinə göndərir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru