Ginekoloqdan xəstəsinə əxlaqsız təklif: “Mənimlə əlaqəyə girmək istəyərsən?”

21-06-2018, 01:01           
Ginekoloqdan xəstəsinə əxlaqsız təklif: “Mənimlə əlaqəyə girmək istəyərsən?”
İngiltərədə xəstəsi olan qadına onunla cinsi əlaqəyə girmək istəyib istəmədiyini soruşan ginekoloq həkim peşəsindən uzaqlaşdırılıb.

Moderator.az xəbər verir ki, 51 yaşlı 2 uşaq atası ginekoloq xəstəsinə cinsi məzmunlu materialların olduğu bir jurnal verib və həkimin qəribə sualları qarşısında narahat olan qadın dərhal həkim otağını tərk edib.

Həkimin xəstəsinə sevgilisinin olub olmadığını və cinsi həyatı haqqında suallar verdiyi də qeyd olunub. Hadisədən sonra həkimin xəstənin tibbi sənədlərinə baxaraq oradan qadının mobil nömrəsini aldığı və onu uyğunsuz sualları ilə narahat etməyə davam etdiyi öyrənilib.

Qeyd edək ki, qadının şikayəti əsasında peşəsindən məhrum edilən həkimin ABŞ-da işləməyə davam etdiyi və bunun dövlət təhlükəsizliyi üçün narahatedici olduğu da bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru