Dərman qarşılığında qızları... - Həkimlərdən əxlaqsız hərəkət

22-06-2018, 09:15           

Sərhədsiz Həkimlər Təşkilatının (MSF) üzvləri Afrikada köməyə ehtiyacı olan qızlarla dərman qarşılığında cinsi əlaqədə olublar.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İngiltərənin BBC radiosu məlumat yayıb.

Həkimlər Keniya, Liberya və Orta Afrikada gənc qızları fahişəliyə cəlb ediblər. MSF-in adının açıqlanmasını istəməyən nümayəndəsi BBC-yə bildirib ki, ebola virusu yayılarkən həkimlər dərmana ehtiyacı olan qızları şəxsi yataqlarından keçirməklə "həyata qaytarıblar": "Liberiyada dərman qarşılığında hər şeyini satmağa hazır olan qızlar var".

İngiltərənin "Times" qəzeti bir müddət öncə 2010-cu ildə Haitidə baş vermiş zəlzələ zamanı yerli qadınların durumundan istifadə edərək onlarla cinsi əlaqədə olmuş Oxfamın əməkdaşlarının ifşa edildiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru