Vatsapdan növbəti YENİLİK - Bundan sonra...

22-06-2018, 10:23           

Vatsap istifadəçilərinin çoxdan gözlədiyi yenilik artıq hər kəs üçün əlçatan olub.

Publika.az xəbər verir ki, Vatsapın tətbiq etdiyi yenilik nəticəsində istifadəçilər 4 nəfərlə eyni vaxtda danışa biləcək.

Əvvəl bəzi istifadəçilər yararlana bildiyi bu imkandan yaxın zamanda hər kəs istifadə edəcək. Fərqli ölkə və qitələrdən Vatsap istifadəçilərin yeni özəllikdən istifadə edə bildiklərini artıq Tvitterdə paylaşıb.

iOS, Android və Windows kimi telefon istifadəçiləri Vatsapın yeni imkanından yararlanmaq üçün əvvəlcə proqramı yeniləməlidir. Bir nəfərlə görüntülü danışarkən sağ tərəfdə küncdəki “Əlavə et” düyməsinə toxunmaqla istədikləri istifadəçini seçib qrup söhbətə əlavə edə bilərlər.

Hələ ki, qrup söhbətində ancaq 4 nəfərlə danışmaq mümkündür. Çağırdığınız büyün istifadəçilər təklifi qəbul edəndən sonra ekran 4 yerə bölünəcək və hər bir istifadəçini ayrı-ayrılıqda görə biləcəksiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru