Bütün mövcud olduğu zaman ərzində İŞİD terror qruplaşması tərəfində vuruşan 170 rusiyalı həlak olub.
AFN.az TASS agentliyinə istinadən xəbər verir ki, bu rəqəm RF yanında İctimai palatanın iclasında Marianna Koçubey tərəfindən səsləndirilib. “Terror əleyhinə milli komitənin məlumatına görə Suriyada İŞİD qruplaşmasının tərkibində 800-1550 nəfər Rusiya vətəndaşı vuruşur ki, onlardan da 170 nəfəri döyüşlərdə həlak olub”, - Marianna Koçubey belə söyləyib. Koçubeyin sözlərinə görə ölkənin 23 regionunda İŞİD tərəfdarlarının fəaliyyəti qeydə alınıb və onların qarşısı alınıb. İctimai palatada keçirilən dinləmələr zamanı qeyd olunub ki, İŞİD tərəfdarları öz sıralarına daha çox tibb işçilərini, dilçiləri və neftçiləri qatmaq istəyirlər.