Cenevrədə Azərbaycan əleyhinə dinləmələr

16-09-2015, 21:14           
Cenevrədə Azərbaycan əleyhinə dinləmələr
Bu gün Cenevrədə - BMT-nin ofisində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. Tədbir bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən keçirilir.

Tədbir iştirakçıları 2013-cü il prezident seçkilərindən sonra Azərbaycanda yaranan vəziyyəti, ölkədə vətəndaş cəmiyyətinə qarşı repressiya dalğasının pik həddinə çatmasını müzakirə edəcəklər.

Bu barədə tədbir təşkilatçılarının məlumatlnda deyilir.

“Biz vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalara son qoymağa, bütün siyasi məhbusları azad etməyə çağırırıq” - deyə təşkilatçılar qeyd edirlər.

Müzakirələrdə Leyla və Arif Yunusların qızı Dinara Yunus, Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri), Sergey Ostaf (Moldova İnsan Hüquqları Resurs Mərkəzi) iştirak edəcəklər.

Tədbirin moderatoru İnsan Hüquqları Evi Fondunun (HRHF) təmsilçisi Florian İrmingerdir ("Turan").












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.