ABŞ və Avropanı kim izləyib?

18-09-2015, 10:48           
ABŞ və Avropanı kim izləyib?
Yeddi il ərzində Rusiya Birləşmiş Ştatlar, eləcə də Avropa və Asiya ölkələri üzərində kiber-casusluq edib. Bu barədə Finlandiyanın F-Secure şirkətinin sentyabrın 17-də açıqladığı hesabatda deyilir.

Hesabatda xəbərdarlıq olunur ki, “The Dukes” adlı böyük və “yaxşı resurslu” həkinq qrupu Rusiya hökuməti üçün casusluq edir. Sənəddə qrupun son yeddi ildə həyata keçirdiyi hücumlar da təsvir olunur.

Hesabata görə, hakerlər kompüter şəbəkələrinə girib informasiya oğurlayan və informasiyanı hakerlərə ötürən alətlər qrupundan istifadə edirlər.

Hücuma məruz qalan təşkilatlar sırasında Gürcüstanın NATO-dakı İnformasiya Mərkəzi, Gürcüstanın müdafiə nazirliyi, Türkiyə, Ukrayna və Polşanın xarici işlər nazirləri, Birləşmiş Ştatlar, Avropa və Orta Asiyada hökumət institutları və siyasi beyin mərkəzləri var.

Təhqiqatı aparmış Artturi Lehtio deyir ki, “bütün əlamətlər Rusiya dövlətinin sponsorluq etdiyini göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.