Birləşmiş Ştatlar bildirir ki, İslam Dövlətinə (İD), Suriyadakı yaraqlılara qarşı hərbi əməliyyatlarda əməkdaşlığa dair Rusiya ilə “taktiki və praktiki” müzakirələrə açıqdır. Ancaq Vaşinqton israr edir ki, Rusiya Suriya prezidenti Bashar al-Assad hökumətini dəstəkləməkdən əl çəkməlidir.
Ağ Evin sözçüsü Josh Earnest açıqlamanı sentyabrın 17-də yayıb. Rusiya isə bu arada ABŞ administrasiyasını İD yaraqlıları ilə savaşda Assad hökuməti ilə işləməyə çağırıb.
Assad-ın müttəfiqi olan Rusiya Suriyanın qərbindəki Latakya hava bazasında hərbi qüvvələr yerləşdirməkdədir ki, bu da Vaşinqtonu narahat edir.