ABŞ müharibənin ikinci mərhələsinə hazırlaşır – Dünyanı FƏLAKƏTƏ SÜRÜKLƏYƏCƏK

11-07-2018, 11:45           
ABŞ müharibənin ikinci mərhələsinə hazırlaşır – Dünyanı FƏLAKƏTƏ SÜRÜKLƏYƏCƏK
Amerika hakimiyyəti Çin mallarına 200 milyard dəyərində növbəti rüsumları tətbiq etməyə hazırlaşır. Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The Wall Street Journal” nəşri bildirib.
Xatırladaq ki, ABŞ hökuməti iyulun 6-da 34 milyard dollar dəyərində qiymətləndirilən Çinin 800-dən çox məhsuluna 25 faiz həcmində gömrük vergisi tətbiq etməyə başlayıb. Çin elə həmin gün ABŞ-ın gömrük rüsumlarına qarşı cavab addımı atıb. Pekin ABŞ-ın 800 məhsulunun idxalına 25 faizlik gömrük rüsumu tətbiq edib.
Çin Gömrük İdarəsinin verdiyi məlumata görə, rüsumların ümumi məbləği 34 milyard dollar təşkil edir. ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Pekin cavab addımları atdığı halda, Birləşmiş Ştatlar 450 milyard dollar dəyərində olan Çin məhsullarına tarif tətbiq edəcək.
Ekspertlər xəbərdarlıq edirlər ki, iki qüdrətli ölkənin ticarət məsələsində razılığa gəlməməsi qlobal iqtisadiyyata ciddi təsir edəcək və beynəlxalq ticarət müharibəsinə səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru