Klinton yenidən hədəfdə: Rusiyadan ABŞ-a kiber-hücum

15-07-2018, 21:15           
Klinton yenidən hədəfdə: Rusiyadan ABŞ-a kiber-hücum
ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşünə saatlar qalmış Rusiyadan Demokratlar Partiyasının elektron poçtuna kiber hücum olub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi hücumun 12 rus kəşfiyyatçısı tərəfindən reallaşdırıldığını açıqlayıb.

Açıqlamada bildirilib ki, kəşfiyyatçılar Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Kəşfiyyat Direktorluğuna bağlıdırlar. Kəşfiyyatçılar Demokratlar Partiyasının keçmiş prezidentliyə namizədi Hillari Klinton və partiya yetkililərinə məxsus məlumatları ələ keçirmək istəyiblər.

Hücumun araşdırılması üçün Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsinin istintaqını aparan xüsusi prokuror Robert Müllerə müraciət edilib.

Xüsusi prokuror iddianı təsdiq edəcəyi halda, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin iyulun 16-da Finlandiyada görüşəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru