Xəzərdə 4 BTR batdı, əsgərlər öldü

18-09-2015, 22:53           
Xəzərdə 4 BTR batdı, əsgərlər öldü
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçirdiyi “Mərkəz-2015” hərbi təlimləri zamanı Qazaxıstan ordusunun 4 BTR-i Aktau şəhəri yaxınlığında Xəzər dənizində batıb. .

Dənizə batan BTR-80 maşınlarında olan 4 əsgər də həlak olub.

Qazaxıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, BTR-lərdən 4-ü dənizdə 150 metr getdikdən sonra güclü külək və hündür dalğalar nəticəsində batıblar. İki BTR isə sahilə çata bilib. İnsident Oymaş poliqonu yaxınlığında baş verib. Müdafiə naziri İmanqali Tasmaqambetov insidentin araşdırılması üçün xüsusi qrup yaradıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Mərkəz-2015” təlimləri sentyabrın 14-də başlayıb, təlimlərdə 95 min hərbçi, 7 mindən çox hərbi texnika, 170 təyyarə və gəmilər iştirak edir. Təlimlər zamanı KTMT üzvü olan ölkələrin silahlı qüvvələrin təhdidlərə qarşı birgə idarə olunması sınaqdan keçirilir. Manevrlərə Mərkəz hərbi dairəsinin qoşunları, Xəzər donanması, habelə Qazaxıstan silahlı qüvvələrinin operativ bölmələri cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.