Suriya ordusu ilə müxaliflərin silahlı qanadı Fəth Ordusu arasında atəşkəs imzalanıb.
Atəşkəs Dəməşqin şimal-qərbindəki Zabadani vilayəti ilə Madaya bölgəsini, İdlibin isə Fua və Kəfraya qəsəbəsini əhatə edib.
Atəşkəsin əldə olunmasında İran vasitəçilik edib. Atəşkəsə görə, Suriya ordusu bu bölgələrə hava hücumu təşkil etməyəcək və mülki vətəndaşlar təxliyyə olunacaq. axar.az