Orbandan qalmaqallı açıqlama: Türkiyə Zelenskinin NATO sammitində iştirakına qarşı çıxıb...

25-06-2025, 10:44           
Orbandan qalmaqallı açıqlama:
NATO-nun Haaqa sammitinin təşkilatçıları Vladimir Zelenskini görüşlərinə dəvət etməyiblər, çünki ABŞ, Türkiyə, Slovakiya və Macarıstan liderləri alyans məsələləri ilə bağlı onunla bir masa arxasında oturmaq istəmirlər.
Bunu Macarıstanın baş naziri Viktor Orban Zelenskinin Hollandiyada işçi görüşlərdə iştirak etməməsini şərh edərkən deyib.
O, yerli telekanallara qısa şərhində bildirib: "Diplomatiyada əsas məsələ harada olduğun deyil, harada olmadığındır. Cənab Zelenskinin NATO sammitində heç bir rəsmi formada iştirak etməyəcəyi açıq şəkildə göstərir ki, əvvəlki fəsil bitib. Amerikalılar, türklər, slovaklar və biz açıq şəkildə bildirdik ki, biz cənab Zelenski ilə bir masa arxasında oturmaq istəmirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru