Bir neçə dron İranın Rəşt şəhərinin ətrafına hücum edib Bu gün, 10:49 İranın Rəşt şəhərinin ətraf ərazilərinə dron hücumları qeydə alınıb.Bu barədə ISNA agentliyi Gilan vilayəti valisinin müavininə istinadla məlumat yayıb.Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin vaxtında müdaxiləsi nəticəsində hücum uğurla dəf edilib və bütün dronlar məhv edilib.Dronların hansı istiqamətdən göndərildiyi barədə məlumat verilmir. Facebook-da paylaş