SEPAH kənarda qaldı, Musəvinin gəlişi nəyi dəyişəcək? - İran ordusunda 46 ildən sonra ilk VİDEO

Bu gün, 09:57           
SEPAH kənarda qaldı, Musəvinin gəlişi nəyi dəyişəcək? -
"Hərbi xronika" rubrikasının yeni buraxılışında hərbi jurnalist Fərdin İsazadə İsrailin hücumu nəticəsində öldürülən İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqerinin yerinə general Əbdülrəhim Musəvinin təyin olunmasının İranın hərbi-siyasi strukturlarında yaratdığı strateji və institusional dəyişikliklərdən bəhs edib.

O bildirib ki, Ə.Musəvinin bu vəzifəyə gətirilməsi İranın hərbi idarəçilik ənənəsi baxımından qeyri-adi hal sayılır:

"Çünki 1979-cu il İslam İnqilabından bu yana Baş Qərargah rəhbərliyinə təyin olunan bütün şəxslər birbaşa və ya dolayı yolla İnqilab Keşikçiləri Korpusundan (SEPAH) çıxmış fiqurlar olub. Ə.Musəvi isə İranın klassik və siyasi proseslərə qarışmayan ordusu olan "Arteş"də formalaşan peşəkar hərbçidir.

O, hərbi karyerasına 1980-ci ildə başlayıb və uzun illər Hərbi Hava Hücumundan Müdafiə qüvvələrinə rəhbərlik edib. Bu təyinat İran hakimiyyətinin uzun illər ərzində qurduğu və qoruduğu daxili hərbi balansda ciddi dəyişiklik anlamına gəlir".

Jurnalist vurğulayıb ki, Ə.Musəvinin təyinatı təkcə ordunun strukturuna deyil, həm də SEPAH daxilindəki nüfuz bölgüsünə və siyasi-ideoloji möhkəmlik prinsipinə ciddi təsir göstərə bilər:

"Bu hadisə eyni zamanda İran hökumətinin gərgin xarici və daxili şəraitdə hansı prinsipial mövqelərdən geri çəkilə biləcəyini göstərən konkret nümunə kimi dəyərləndirilə bilər".

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.