“Müharibənin nəticəsi İsrail üçün “acı” olub” - İsrailin sabiq müdafiə naziri nədən narazıdır?

Bu gün, 11:24           
“Müharibənin nəticəsi İsrail üçün “acı” olub” -
“Bu atəşkəs yalnız müharibəni 2-3 il təxirə saldı”

İran-İsrail müharibəsindəki atəşkəsə İsrailin daxilində münasibət birmənalı deyil.

İsrail mediasının yazdığına görə, İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman Trampın İranla bağlı elan etdiyi atəşkəsə tənqidi qiymət verib.

Onun fikrincə, müharibənin nəticəsi İsrail üçün “acı” olub. Liberman vurğulayıb ki, İsrail ordusu və “Mossad”ın mühüm uğurlarına baxmayaraq, İran uranın zənginləşdirilməsindən, ballistik raketlərin istehsalından və terrorizmə dəstəkdən əl çəkmək niyyətində deyil.

O, xəbərdarlıq edib ki, aydın razılaşmalar olmadan əldə edilən atəşkəs sadəcə, münaqişəni 2-3 il təxirə salacaq. Bundan sonra isə daha ağır şərtlər daxilində müharibə bərpa oluna bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.