Tillerson hücumun qarşısını aldığı üçün qovulub - Şok

2-08-2018, 08:43           
Tillerson hücumun qarşısını aldığı üçün qovulub - Şok
ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun vəzifədən hansı səbəbdən uzaqlaşdırıldığı məlum olub.

Axar.az xəbər verir ki, "İntercept" xəbər portalının məlumatına əsasən, Reks Tillerson ötən ilin yazında Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin birgə Qətəri işğal etmək planının qarşısını alıb. Daha sonra isə Tillersonın bu iki ölkənin lobbi fəaliyyətləri nəticəsində vəzifədən azad olunduğu üzə çıxıb.

Qeyd edək ki, daha öncə Tillersonun rusiyalı casusun İngiltərədə zəhərlənməsində Rusiyanı ittiham etməsi ilə bağlı vəzifədən kənarlaşdırıldığı söylənilirdi. Bundan əlavə, Venesuelaya hücum planına Tillersonun qarşı çıxdığı barədə məlumatlar yayılmış, onun bu səbəbdən istefaya göndərildiyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru