ABŞ Milli Kəşfiyyat İdarəsi: Rusiya Amerikada seçkilərə müdaxilə cəhdlərini davam etdirir

3-08-2018, 00:08           
ABŞ Milli Kəşfiyyat İdarəsi: Rusiya Amerikada seçkilərə müdaxilə cəhdlərini davam etdirir
ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts Rusiyanı Amerikada qarşıdan gələn seçkilərə müdaxilə cəhdində ittiham edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, bunun hədəflərini də açıqlayıb.

"O ki qaldı Rusiyanın aralıq seçkilərdəki fəallığına, biz Rusiyanın Birləşmiş Ştatları zəiflətmək və parçalamaq məqsədi daşıyan genişmiqyaslı kampaniyasını görməkdə davam edirik", - deyə o bildirib.

Kouts həmçinin əlavə edib ki, ABŞ-dakı siyasi duruma təsir etməkdə digər ölkələr də maraqlıdır.

"Biz bilirik ki, təsir imkanlarına malik olan, bəlkə də təsir imkanlarını nəzərdən keçirən başqa ölkələr də var", - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru