İsveç Amerika sistemli «Petriot» HHM sistemi alacaq

3-08-2018, 01:58           
İsveç Amerika sistemli «Petriot» HHM sistemi alacaq
İsveç hakimiyyəti «Petriot» Amerika Birləşmiş Ştatları (ABŞ) sistemli hava-hücumundan müdəfiə (HHM) kompleksi almaq qərarına gəlib.

«Associated Press» agentliyinin məlumatına görə, İsveçin silahlı qüvvələr nazirliyinə və İsveç silahlı qüvvələri material-texniki idarəsinə uyğun tapşırıq verilib.

Ehtimal olunduğuna görə, ABŞ hakimiyyəti HHM sistemini 2020-ci ildə göndərməyə başlayacaq və 2025-ci ildə başa çatdıracaq. Sövdənin maliyyə tərəfi barədə xəbər verilmir.

Bu ərəfədə, ölkələr arasında aparılmış danışıqlardan sonra, ABŞ İsveçə 4 vahid HHM sistemi və iki tip raket almağı təklif edib.

Bundan da əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Finlandiya və İsveçə NATO ilə əməkdaşlığa görə, «cavab tədbiri» vəd edib. Onun sözlərinə görə, qərb həmkarların davranışı dünyadakı mövcud qlobal təlükəsizliyin dağılmasına aparır və daha böyük inamsızlıq doğurur.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru