Livanda ermənilərlə yerli sakinlər arasında qarşıdurma - Ölən və yaralılar var

1-09-2018, 10:55           
Livanda ermənilərlə yerli sakinlər arasında qarşıdurma - Ölən və yaralılar var
Livanın paytaxtı Beyrutda ermənilərin məskunlaşdığı Bürc məhəlləsində ölümlə nəticələnən qarşıdurma yaşanıb.

AzVision.az xəbər verir ki, bu barədə “Arevelk” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, qarşıdurma Livanda yaşayan ermənilərlə yerli sakinlər arasında baş verib. Nəticədə bir neçə nəfər ölüb. Onların arasında erməni də var.
Belə ki, Araks küçəsinin livanlı sakini Bürc məhəlləsində yaşayan ahıl erməninin ünvanına nalayiq ifadə işlədib. Bunu eşidən gənc ermənilər qocanı müdafiə etməyə başlayıblar və nəticədə yerli sakinlərlə ermənilər arasında dava düşüb, bir neçə nəfər bıçaqlanıb.

Bıçaqlanan ermənilərdən biri xəstənaya aparılarkən yolda keçinib. Digər iki erməninin vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, bu, Livanda ermənilərin iştirakı ilə yaşanan ilk insident deyil. Bundan əvvəl də ermənilərlə Livanın yerli sakinləri arasında kütləvi davalar baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.