Bill Qeyts həyatının ən böyük səhvini açıqlayıb: "Kaş daha çox insan tanıyaydım..."

3-09-2018, 12:28           
Bill Qeyts həyatının ən böyük səhvini açıqlayıb: "Kaş daha çox insan tanıyaydım..."
Dünyanın ən böyük şirkətlərindən olan "Microsoft"un icraçı direktoru və təsisçisi olan Bill Qeyts özü haqqında heç kimin bilmədiyi bir həqiqəti açıqlayıb.

Moderator.az xəbər verir ki, Bill Qeyts dünyanın ən zəngin insanlarından biri olmaqla yanaşı, həm də nümunəvi ailə başçısı, həmçinin dünya miqyasında yayılmış xəstəliklər, aclıq kimi problemlər üçün maddi və mənəvi dəstəyi ilə də tanınır.

Belə olan halda da bu tip bir insanın şəxsi həyatı, həmçinin şəxsiyyəti ilə bağlı hər şey insanlara maraqlı gəlir. Bill Qeyts də şəxsi həyatı ilə bağlı uğur hekayələrini, düşüncə və fikirlərini bölüşməkdən çəkinməyən şəxsdir. Bu baxımdan, bir müsahibəsində kollec illərində yaşadığı ən böyük peşmançılıq barəsində danışıb.

1975-ci ildə Harvard Universitetinə qəbul olan Bill Qeyts tələbəlik illərində daha çox anti-sosial şəxsiyyətə sahib olduğunu, ünsiyyətdə çox passiv olduğunu və buna görə böyük peşmançılıq hissi duyduğunu söyləyib.

Microsoftun keçmiş icraçı direktoru və tələbəlik illərindən dostu olan Stiv Ballmerın onu Harvardın məşhur gənclik klublarından olan "Fox Club"a dəvət etdiyini bildirən Qeyts qeyd edib ki, "O qədər anti-sosial idim ki, bu tip yerlərin varlığından belə, xəbərim yox idi".

"Stiv mənə bildirdi ki, bəzi təcrübələri sınaqdan keçirməliyəm. Zənnimcə, spirtli içkini nəzərdə tuturdu. Mən isə ancaq dərslərimdən daha yaxşı qiymət almaq, daha çox mühazirələrə qatılmaqdan başqa heç nəyə məhəl qoymurdum. Kaş ki, daha çox insan tanısaydım" - deyə çoxlarının həsəd apardığı Qeyts o vaxtkı peşmançılığını dilə gətirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.