Abxaziyanın baş nazirinin ölümündə təqsirkar olan sürüsü narkotik vasitə istifadəçisi olub

9-09-2018, 09:12           
Abxaziyanın baş nazirinin ölümündə təqsirkar olan sürüsü narkotik vasitə istifadəçisi olub
Hərəkətdə olarkən qarşı tərəfdəki yol xəttinin üzərinə çıxan və nəqliyyat vasitəsi ilə Abxaziyanın baş naziri Gennadi Qaqulinin olduğu avtomobillə toqquşan sürücü narkitok vasitənin təsiri altına olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın baş prokurorunun köməkçisi Daur Amiçb bildirib.

"Müayinə aparılıb, məlum olub ki, onun qanında alkoqol yoxdur, lakin narkotiklərin istifadəsi ilə bağlı analiz müsbət nəticə verib", - deyə o, "Abxaziya Sputnik" agentliyinə bildirib.

Qəza sentyabrın 8-də, yerli vaxtla saat 23:00-də Qudautsk rayonunun Psou-Suxum yolunda baş verib. Zvandriş kəndinin sakini, 1996-cı il təvəllüdlü Hadjarat Tarsmanın idarə etdiyi avtomobil Qaqulinin avtomobilinə çırpılıb.

Qəza zamanı Abxaziyanın baş naziri, 70 yaşlı Qaqulin hadisə yerində vəfat edib, onun mühafizəçiləri və sürücü xəstəxanaya yerləşdirilib.

Qəzanın şahidi Abxaziya prezidenti Raul Hадcимба və onun rəhbərlik etdiyi nümayəndə olub.

Hadisəni törədən sürücü saxlanılıb və cinayət işinə başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.